İqtİsadİyyat

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Beynəlxalq Miqrasiya Hüququna dair seminar keçirir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Beynəlxalq Miqrasiya Hüququna dair seminar keçirir
30 aprel – 1 may 2019-cu il tarixlərində Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Hyatt Regency İclas və Konfrans Mərkəzinin Bakı zalında Azərbaycan dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə Beynəlxalq Miqrasiya Hüququna dair iki günlük seminar keçirir. Seminar BMqT-nin 2016-cı ildən etibarən Azərbaycan Hökuməti ilə əməkdaşlıqda ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi Azərbaycan Hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dəstəkləmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə verməkdən ibarətdir. 

Seminarda Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov, Beynəlxaq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev və ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Kristina Sinğ açılış nitqi ilə çıxış etdilər. 

Elçin Xələfov BMqT ilə əməkdaşlığa böyük önəm verdiklərini və təşkilatın təlim və seminarları vasitəsilə yerli hakim və vəkillərə təlim keçmək üçün təlimçilərin hazırlandığını qeyd etdi. 

Xanım Kristina Sinğ Birləşmiş Ştatların şərq və qərbin kəsişməsində mühüm coğrafi və siyasi mövqeyə malik olan Azərbaycanın dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini və bu layihənin məqsədinin miqrasiyanı daha effektli və beynəlxalq qanunlara müvafiq olaraq idarə etmək üçün hökumətə beynəlxalq miqrasiya hüququna uyğun olan miqrasiya siyasəti və qanunvericiliyi formalaşdırmaqda dəstək vermək olduğunu qeyd etdi. 

Vladimir Qyorqiyev öz çıxışında miqrantların hüquqları və dövlətin öhdəliyinə diqqəti cəlb etdi: "Qanunları yaradan və tətbiq edən insanlardır. Gəlin yaddan çıxartmayaq ki, miqrantlar da insandır və eyni qanuni standartlar onları da əhatə etməlidir”. 

Qeyd edək ki, seminarda Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin 30 yaxın nümayəndəsi, on nəfər xarici ekspertlər iştirak edir. 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031