Cəmİyyət

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Yarımadada gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Rayonlarda əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, gecə və səhər şərq rayonlarında çiskin olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930