Cəmİyyət

9 fevralda Elnur Allahverdiyevə səs vermək üçün 10 səbəb

9 fevralda Elnur Allahverdiyevə səs vermək üçün 10 səbəb
 

9 fevral Parlament seçkilərinə sayılı günlər qalır.

 

Deputatlığa qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası 17 yanvar tarixindən başlayıb və geridə qalan 11 gün ərzində ölkədə seçki ab-havası ən yüksək səviyyədə yaşanır.

 

Namizədlərin aktivliyinin başlıca səbəbi isə Prezident İlham Əliyevin başlatdığı islahatlar və 5-ci çağırış Milli Məclisin islahatlarla ayaqlaşmamasıdır.

Eyni zamanda namizədləri daha da həvəsləndirən Prezidentin "Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Əminəm ki, yeniləşən Parlamentlər gənc deputatların sayı daha da çox olacaq və onların ideyaları, fikirləri cəmiyyət tərəfindən müsbət qarşılanacaq” sözləri olub.

Növbədənkənar parlament seçkilərində istər hakim Yeni Azərbaycan Partiyasının, istər digər partiyalar gənc, intellektual, çevik, hadisələri daha operativ və obyektiv qiymətləndirən gənclər korpusunu deputatlığa namizəd kimi irəli sürüb. Bu tamamilə yeni dönəmin başlanğıcıdır.

 

Belə namizədlərdən biri də 17 saylı Yasamal 1-ci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Elnur Allahverdiyevdir.

 

Sosial şəbəkələrdə və xəbər saytlarında Elnur Allahverdiyevin fəallığı, seçicilərlə aktiv işi hər kəsin diqqətini cəlb edir.

Bu günlərdə tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovun dəvəti ilə Elnur Allahverdiyevin seçicilərlə görüşündə iştirak etmək imkanı qazandım.

 

İlk baxışdan çox sadə və işgüzar təsir bağışlayan Elnur Allahverdiyevin seçicilər qarşısında çıxışından 10 əsas istiqamət diqqətimi cəlb etdi.

İstəyirəm bu haqda danışım. Yasamal seçiciləri məhz bu 10 səbəbə görə 9 fevralda Elnur Allahverdiyevə səs verməlidir:

1. Elnur Allahverdiyev çıxışında bildirdi ki, rəqibləri yalnız sosial şəbəkələrdə paylaşımla kifayətlənir. Bu günə qədər seçicilərin qapısına gedən olmayıb. Rəqiblər düşünür ki, deputat sosial şəbəkələrdə seçilir. Bunun müqabilində o seçicilərinə belə bir vəd verib: "Hər küçədə, hər dalanda olacağımıza, hər qapını döyəcəyimizə söz vermişdik. Sözümüzün üstündəyik".

2. Elnur Allahverdiyev çıxışı zamanı 2 təhsilinin olduğunu dedi. O 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsində ali təhsil alıb. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsində oxuyub.

 

3. Elnur Allahverdiyev hakim partiyanın namizədidir. O eyni zamanda Heydər Əliyev Mərkəzinin direktorunun müşaviridir. O çıxışı zamanı bildirdi ki, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğuldur, bir sıra uğurlu biznes-layihələrin önündə olub. 8 nəfərlə başladığı biznesinin hazırda 1900 nəfərə çatıb.

4. Elnur Allahverdiyev 2014-cü ildən Sloveniyanın fəxri konsuludur. Sloveniya Xocalı soyqırımını tanıyan yeganə Avropa ölkəsidir. 5 il ərzində fəxri konsul olan Allahverdiyev bu ölkədə bir çox ilklərə imza ata bilib. Sloveniyada Mehdi Hüseynzadənin heykəli və ev muzeyinin bərpa olunması da bu işlərdən bəziləridir. Əlbəttə ki, bütün bu işlər Heydər Əliyev Fondu və Dövlətimizin dəstəyi ilə ərsəyə gəlib.

 

5. Elnur Allahverdiyevin ətrafında çox güclü könüllü ordusu və komanda formalaşıb. Belə ki, könüllülər ilində könüllülər Azərbaycana xidmət edən və vətəndaşlarını qayğısını bilən namizədin ətrafına toplaşıb. Onlar çox böyük zövqlə Elnur Allahverdiyevin platformasını seçicilərə təqdim edir, onları düşündürən məsələləri isə qeydə alırdılar.

6. Deputatlığa namizəd həmçinin bildirdi ki, Yasamal küçələrində ona çox doğmadır. Çünki bu küçələrdə, bu məhəllələrdə böyüyüb. O hansı məhəlləyə gedirsə, mehriban və xoş rəftarla qarşılaşdığını deyir. Sakinlər ona öz doğmaları kimi yanaşır. Bu da səbəbsiz deyil. Namizədin səmimi münasibəti, platformasına maraqlı nüansların olması seçicilərin diqqətindən kənar qalmır. 

7. Elnur Allahverdiyevin çıxışında diqqətimi cəlb edən daha bir məqam isə onun seçiçilərlə, sakinlərlə işləməyə və onları dinləməyə maraqlı olmasıdır. Hətta bir sakin 10 dəqiqəyə yaxın problemini danışsa da, namizəd diqqətlə onu dinlədi və sonda qeyd etdi: "Mənim işim sizə xidmət etməkdir, sizi dinləməliyim ki, problemlərinizi bilim.

8. Əminliklə demək olar ki, Elnur Allahverdiyev 9 fevralda seçicilərin rəğbətini qazandığım təqdirdə qollarını çırmayıb, var gücü ilə yerli əhalinin problemlərinin qanunverici orqanda səsləndirməklə həllinə nail olacaq.

9. Elnur Allahverdiyevin sakinlərlə söhbətində diqqətimi ən çox cəlb edən məqam isə onun "mən vəzifə üçün deyil, sizə xidmət üçün millət vəkili olmaq istəyirəm. Mənim vəzifəyə deyil, millətə xidmət etməyə ehtiyacım var” sözləri oldu. 


10. Son olaraq isə onu demək olar ki, 17 saylı Yasamal birinci seçki dairəsinin seçiciləri çox şanslıdır. Çünki onları düşünən, onların problemini həll etmək gücündə olan və onların içindən çıxan bir namizədi deputat etmək şansları var. Düşünürəm ki, yasamallılar bu şansdan maksimum faydalanacaqlar. (azxeber)

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031