Dünya

ABŞ-da bankdan 1,5 milyon oğurlayan 9 erməni həbs edildi

ABŞ-da bankdan 1,5 milyon oğurlayan 9 erməni həbs edildi
 

ABŞ-da saxta şəxsiyyət vəsiqələri ilə banklardan 1,5 milyon dollar oğurlayan 9 erməni həbs edilib.

 

Amerikanın Miqrasiya və Gömrük Orqanlarının apardığı təhqiqatlar zamanı məlum olub ki, 331 ədəd saxta erməni pasportu hazırlayan dələduzlar "Bank of America” və "Wells Fargo”dan soyğunçuluq ediblər. İstintaqın nəticələrinə görə, cinayətkarlar bankçılıq qaydalarındankı çatışmazlıqlardan istifadə edərək əvvəlcə bir hesabdan digərinə pul köçürüb, daha sonra isə dərhal bankomatlardan həmin vəsaiti çıxararaq Las-Veqas kazinolarında xərcləyiblər.

 

"Qafqazinfo” bildirir ki, tutulanlar 48 yaşlı Ara Malhasyan, 38 yaşlı Smbat Xeçumyan, 45 yaşlı Sveta Xeçumyan (Smbatın bacısı və Malhasyanın arvadı), 30 yaşlı Arutyun Petrosyan, 34 yaşlı Artur Arutunyan, 38 yaşlı Xaçatur Çobanyan, 49 yaşlı Civan Ahnazaryan və 37 yaşlı Arman Qriqoryandır. 29 yaşlı Artak Ohoyan isə hüquq-mühafizə orqanlarına könüllü təslim olub.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930