Dünya

ABŞ və Meksika miqrasiya ilə bağlı razılığa gəldilər

ABŞ və Meksika miqrasiya ilə bağlı razılığa gəldilər
 

Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar və Meksika rüsum və miqrasiya ilə bağlı saziş əldə edib. O, bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

 

"Xəbər verməyə şadam ki, Birləşmiş Ştatlar Meksika ilə razılıq əldə edib. ABŞ-ın bazar ertəsi Meksikaya qarşı planlaşdırdığı rüsum tətbiqi bununla əlaqədar olaraq qeyri-müəyyən müddətə təxirə salınıb", — deyə o bildirib.

 

Trampın sözlərinə görə, Meksika qanunsuz miqrasiya ilə bağlı mübarizə üçün ABŞ-la sərhəddə qəti addımlar atmağa razılıq verib.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930