Sİyasət

Adil Əliyevin açıqlaması qalmaqal yaratdı: “Dünyanın normal ölkələrində…”

Adil Əliyevin açıqlaması qalmaqal yaratdı: “Dünyanın normal ölkələrində…”

Millət vəkili Adil Əliyevin İTV-də müsahibəsi zamanı "millət vəkili imkanlı şəxs olmalıdır” ifadəsi qalmaqala səbəb olub. Belə ki sosial şəbəkə istifadəçiləri bu yanaşmanı tənqid edib, ölkənin böyük əksəriyyətinin imkansız olduğu halda belə bir düşüncənin dilə gətirilməsinin doğru olmadığını vurğulayıblar.

Vaxtilə seçkilər zamanı A. Əliyevin rəqibi olmuş tanınmış hüquqşünas isə Aslan İsmayılov isə bu açıqlamaya sərt reaksiya verib: "Adil Əliyev 2010-cu ildə keçirilən parlament seçkilərində məmin rəqibim olub və saxta yolla deputat seçilib” deyən A. İsmayılov Yenisabah.az-a deyib ki, bunu Avropa İnsan Haqları Məhkəməsi də sübut edilib. 

"Ona görə də Adil Əliyevin dediklərinə inanmıram. O da digər millət vəkilləri kimi yalan danışır, biznesinin omadığını deyir və s. Dünyanın normal ölkələrində millət vəkilləri imkanlı şəxslər olmur. Millət vəkilləri xalqın içindən çıxan, onların problemini bilən, duyan və həll etməyə çalışan şəxslər olur. Amma Azərbaycanda bir qədər fərqlidir”, - deyə Aslan İsmayılov bildirib.

Hüquqşünas əlavə edib ki, Azərbaycan parlamentində millət vəkillərinin əhəmiyyətli hissəsi bizneslə məşğul olur: "Bizneslə məşğul olurlar. Sonra da qazandıqları pullar hesabına mandat əldə edib parlamentdə otururlar. Məqsədləri isə bizneslərini qorumaqdır. Ona görə də xalq yada düşmür, ona görə də vaxtaşırı xalqın maraqlarına zidd çıxışlar edirlər. Bəziləri korrupsiyaya bulaşıb. Ona görə bu gün Milli Məclisə etimad yoxdur, sosial şəbəkələrdə deputatlar lağa qoyulur və s. 

İndi Adil Əliyev deyir biznesi yoxdur. Amma özü də bilir ki, yalan danışır. Bir daha qeyd edirəm ki, onun saxta yolla deputat seçildiyi sübut olunub. Bu baxımdan onun dediklərinə inanmıram”. 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930