İdman

Afrikalı futbolçu: "Sabah"a keçmək istəmirdim"

Afrikalı futbolçu:
 

"Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram".

Sfera.az xəbər verir ki, bu fikirləri "Səbail"in Cənubi afrikalı futbolçusu Hendrik Ekşteyn ölkəsinin radiolarından birinə açıqlamasında deyib.

Azərbaycanda ilk olaraq "Sabah"ın formasını geyinən 29 yaşlı yarımmüdafiəçi Masazır təmsilçisinə keçidindən danışıb. Təcrübəli oyunçu bildirib ki, Cənubi Afrika Respublikasının "Kayzer Çifs" komandasından ayrıldıqdan sonra "Sabah"dan təklif alsa da, əvvəlcə qəbul etməyə tərəddüd edib: "Açığı, "Sabah"a keçmək istəmirdim. Çünki Bakı haqqında heç bir məlumatım yox idi. Amma sonra bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Həmyerlim Dino Ndlovunun "Qarabağ"ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi".

Qeyd edək ki, Hendrik Ekşteyn ötən yay "Sabah"a keçsə də, qış fasiləsində bu klubla yollarını ayıraraq "Səbail"ə transfer olub.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031