Hadİsə

Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı

Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı

Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlayıb.

Sfera.az-ın trend-ə istinadla məlumatına görə, ötən gün Ağdaş rayon Dəhnəxəlil kəndində fəaliyyət göstərən "Kafkaz” QSC-yə məxsus Beton Zavodunda çalışan fəhlə Hacıyev Mahir Mürsəl oğlunun faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.

Məlumata görə, rayonun Ləki qəsəbə sakini M.Hacıyev Ləki-Qəbələ dəmiryolunun tikintisini həyata keçirən "Kafkaz” QSC-yə məxsus Beton Zavodda qaynaqçı işləyirmiş. Ayın 6-da işə gələn H.Mahir işlək vəziyyətdə olan beton qarışdıran qurğunun içərisinə düşərək ölüb.

 

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031