Dünya

AKP-nin sədr müavini Türkiyəyə uçan erməni təyyarəsindən danışdı - VİDEO

AKP-nin sədr müavini Türkiyəyə uçan erməni təyyarəsindən danışdı  - VİDEO
Son bir həftə ərzində Ermənistandan Türkiyənin Qars, Van, Hatay, Dityarbəkir rayonlarına səfərlər təşkil olunur.
Sfera.az xəbər verir ki, bu səfərlər avqust ayında işğal altında olan Qarabağda keçirilməsi planlaşdırılan "Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri tərəfindən həyata keçirilir. Hətta ötən gün Ermənistanın paytaxtı İrəvandan Türkiyənin Van şəhərinə birbaşa aviareys də təşkil olunub.
Dünən isə İşxan Zakaryan başçılıq etdiyi "Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri Türkiyənin Hatay vilyatində yerləşən "Musa Dağı"nın yaxınlığndakı Vakıflı kəndidəki "Məryəm Ana" ("Surb Asdvadzadzin") kilsəsində dini ayin həyata keçiriblər. Ayin zamanı yandırılan şamlar vasitəsilə "Ümumerməni oyunları"nın məşəlini də yandırıblar və bu məşəli bu ilin avqust ayının 6-da işağal altında olan Xankəndi şəhərində baş tutacaq açılış mərasiminə aparacaqlar. Məşəl yandırma mərasimində Ermənistan bayrağı ilə birgə işğal altında olan Dağlıq Qarabağda yaradılan seperatçı "Artsax" rejiminin bayrağı da qaldırılıb. 
Məsələ ilə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini, sabiq deputat Mehmet Ceylan demokrat.az-a açıqlama verib. AKP-nin sədr müavini  deyib ki, Türkiyə bölgədə sülh və təhlükəsizliyin daimi olmasına tərəfdardır: "Təbii ki, AKP olaraq biz bu cür təxribatları xoş qarşılamırıq. Biz Türkiyə olaraq bölgədə sülhdən yanayıq. Bölgədə baş verən hadisələr fonunda bir normallaşma gözlədiyimiz halda regionda gərginliyi artıracaq təxribatlardan tərəflərin qaçmasını istəyirik. Ona görə də bu cür təxribatları xoş qarşılamadığımızı ifadə etmək istəyirəm. Bu məsələ ilə bağlı geniş məlumatlara sahib deyiləm. Vana təyyarə uçuşunun həyata keçirilməsi ilə bağlı da hər hansı məlumatım yoxdur. Ona görə də bu məsələ ilə bağlı əlavə fikir söyləyə bilmərəm".
AKP rəsmisi bir neçə gün öncə təmas xəttində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbiçilərilə bağlı da ölkəmizə başsağlığı verib: "Bir neçə gün öncə Azərbaycanın 2 hərbiçisi şəhid olub. Mən bununla bağlı Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Allah Azərbaycan şəhidlərinə rəhmət etsin". 
 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30