Gündəm

Alov qüllələri ilə bağlı yayılan görüntülər araşdırılır

Alov qüllələri ilə bağlı yayılan görüntülər araşdırılır
 Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə "Flame Towers” (Alov qüllələri) kompleksində qüllələr arasında kəndirbazın hərəkət etdiyini əks etdirən görüntülər yayılıb.
 

Videoda kəndirbazın kəndir üzəri ilə yeriyərək bir qüllədən digər qülləyə tərəf getdiyi görünür.

Kəndirbazın təhlükəli hərəkətlərinin helikopter vasitəsilə çəkildiyi iddia olunur.

"Flame Towers” kompleksindən "Report”a bildirilib ki, məsələ hazırda araşdırılır. Ehtimal edilir ki, videonun hazırlanmasında vizual effektlərdən istifadə olunub.

Qeyd edək ki, "Flame Towers” hündürlüyü 90 metrdir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.


XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031