Maqazİn

“Altın Kelebey”in keçirilmə tarixi açıqlandı

“Altın Kelebey”in keçirilmə tarixi açıqlandı

Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafat mərasiminin keçirilmə tarixi açıqlanıb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2019-cu ildə mədəniyyət və televiziya sahəsində uğur qazananlar 28 fevral tarixində mükafatlandırılacaqlar.

Qısa fasilədən sonra ikinci tur səsverməsinə start verilib. Birinci mərhələdə ən çox səs toplayan şəxslər ikinci turda qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, qalib 70 faiz xalq, 30 faiz isə münsif səsverməsi əsasında müəyyənləşəcək. Hər il olduğu kimi yenə jüridə film, musiqi və televiziya dünyasının parlaq simaları yer alacaq.

 

Qeyd edək ki, məşhurlarımız arasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva "ilin ən parlaq ulduzu" nominasiyası üzrə mübarizə aparırlar.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930