Dünya

Antonio Quterreş Novruz bayramı ilə bağlı müraciət yayıb

Antonio Quterreş Novruz bayramı ilə bağlı müraciət yayıb
 

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Novruz günü ilə bağlı müraciət yayımlayıb.

Sfera.az xəbər verir ki,  müraciətdə deyilir:

"Hər il Novruzu yeni başlanğıclar günü kimi qeyd edirik, yeni ilə ümid və sevinclə qədəm qoyuruq. Biz təbiətin canlanmasını və baharın ilk gününü bayram edirik.
Bu il Novruzu bir çox insan kədər və narahatlıqla qarşılayır. Yeni koronavirus, COVİD-19, bu qədim bayramı qeyd edən bölgələr də daxil olmaqla bütün dünyanı sarsıdır. Yaxınlarını itirmiş şəxslərə dərin hüznlə başsağlığı verirəm, bundan əziyyət çəkənlərə isə ən xoş arzularımı çatdırıram.

Ümid edirəm ki, Novruz bayramı ailə üzvləri ilə istirahət etmək və vaxt keçirmək, ilin dəyişən fəsillərinin gözəlliyindən zövq almaq, eləcə də ümumbəşəri dəyərlərimizi xatırlamaq və qeyd etmək üçün xoş bir zaman olacaq.

Novruz canlanma simvoludur. Onun gəlişini od, xüsusi yeməklər, səməni və digər adət-ənənələrlə qeyd etdiyiniz zaman, ümid edirəm ki, təbiətlə dostluq və harmoniya hissi tapacaqsınız.

Hamınıza xoşbəxt, sağlam, dinc və firavan Novruz arzulayıram".

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031