Maqazİn

Aqil M. Quliyev qeyri-rəsmi yaşadığı qadın barədə: Biri var 25 yaşında... - FOTO

Aqil M. Quliyev qeyri-rəsmi yaşadığı qadın barədə: Biri var 25 yaşında... - FOTO
"Bizim şəxsi həyatımız camaata işimiz-gücümüzdən maraqlıdıdr".
 
Sfera.az xəbər verir ki, bunu çoxdandır efirlərdə görünməyən məşhur rejissor Aqil M. Quliyev "Şən bazar" verilişində deyib.

Aparıcı Zümrüd Bədəlova rejissor ilə söhbəti zamanı "Sənin həyatında tutarlı bir qadın olsaydı, ailən olsaydı, sənin işlərin daha da uğura doğru gedərdi" ifadələrini işlədib. 

Aqil aparıcının sözünə cavab verərərkən həyatındakı qadından da danışıb:

"Səninlə razıyam. Yaşa dolduqca sakit, üzdə olmayan bir münasibət istəyirsən ki, heç kim bilməsin. Artıq yaşadığım eşq həyatı ilə üzdə, gündəmdə olmaq istəmirəm. Bu yaşdan asılıdır. Biri var 25-30 yaşında eşq yaşayırsan, vecinə deyil kim gördü. Biri də var daha müdrik yaşda eşq yaşayasan. Bir o qədər istəmirsən kimsə bilsin nəyisə. O sirr qalanda yalnız sənin olur. 

Bərabər olduğum insan var. Elə həmin insandır yenə. Plakatla gəzməliyəm ki, mənim həyatımda kimsə var?! Ailə qurmağa gəldikdə isə, hər şeyin öz vaxtı var. Artıq 2 il yarımdır ki, qadın kollektivlərdən qaçıram". 


XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031