AKTUAL

ATƏT PA-nın müşahidəçiləri - “Milli Məclisə seçkilər yaxşı təşkil olunub”

ATƏT PA-nın müşahidəçiləri - “Milli Məclisə seçkilər yaxşı təşkil olunub”
Milli Məclisə seçkilər yaxşı təşkil olunub, seçicilərin sərbəst səs vermələri üçün lazımi şərait yaradılıb. "Sfera.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçiləri Qubada seçki prosesini izləyərkən deyiblər.

Beynəlxalq müşahidəçilər bir neçə seçki məntəqəsində olublar. ATƏT Parlament Assambleyasının Macarıstandan olan müşahidəçisi Aleksandra Dobolin bildirib ki, hər şey yaxşı təşkil olunub: "Bu, bizim müşahidə apardığımız birinci seçki məntəqəsidir. Hələ azı 10 məntəqədə də müşahidə aparacağıq”.

ATƏT Parlament Assambleyasının Valeri Şaqiyev bu vaxta qədər heç bir qayda pozuntusuna rast gəlmədiklərini deyib: "Seçici aktivliyi bir az aşağıdır və amma günün birinci yarısıdır. Düşünürəm ki, nahara kimi seçki aktivliyi artacaq”.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829