Cəmİyyət

AZAL koranavirus təhlükəsinə görə hansı işləri görür?

AZAL koranavirus təhlükəsinə görə hansı işləri görür?

"Azərbaycan Hava Yolları" QSC (AZAL) koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasının həyata keçirilməsini davam etdirir.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.

Məlumata görə, AZAL koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə aşağıdakı işləri həyata keçirir:

- uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata keçirilir;

- AZAL və "Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib;

- hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir;

- hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031