İqtİsadİyyat

Azərbaycanda koronavirusa görə zərər çəkən sahibkarlara müddətli vergi güzəştləri nəzərdən keçirilir

Azərbaycanda koronavirusa görə zərər çəkən sahibkarlara müddətli vergi güzəştləri nəzərdən keçirilir
Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir.
"Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır.
M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək: "Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər”.
 

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031