Cəmİyyət

Azərbaycanlılar arasında qanlı mübahisə: Çürük kartofa görə güllələndi

Azərbaycanlılar arasında qanlı mübahisə: Çürük kartofa görə güllələndi
Azərbaycanlılar arasında qanlı mübahisə: Çürük kartofa görə güllələndiAzərbaycanlılar arasında qanlı mübahisə: Çürük kartofa görə güllələndi

Rusiyadakı soydaşlarımız arasında düşən daha bir mübahisə qanla nəticələnib.

Mübahisəyə Moskva vilayətindəki Rəsul və Aqil adlı iki azərbaycanlının öz həmyerlilərindən 300 min rubl ödəyərək aldığı 15 ton kartofun çürük çıxması səbəb olub.

Məlumata görə, aldıqları kartofun yararsız olduğunu görən alıcılar çürük məhsulu geri qaytararaq, pullarını geri tələb ediblər.

Satıcılar isə məsələni aydınlaşdırmaq üçün aprelin 14-ü gecəyarısı İzmaylov şossesində alıcılarla görüş təyin ediblər. Söhbət zamanı yaranan mübahisədə satıcılar Rəsul və Aqilə atəş açaraq, birincini qarnından, ikincini isə başından yaralayıblar.

Yaralıları xəstəxanaya apararkən, Rəsul qanaxmadan dünyasını dəyişib, Aqil isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda təhqiqat aparılır.yenicag

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031