Krİmİnal

Azyaşlı övladını döyən valideyn tutuldu - RƏSMİ

Azyaşlı övladını döyən valideyn tutuldu - RƏSMİ
Gəncədə azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib.

Gəncə şəhər Prokurorluğundan daxil olan məlumata görə, Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin "102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilib, hadisənin şahidlərinin izahatları alınmış və digər zəruri prosessual hərəkətlər aparılıb.

Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930