Krİmİnal

Bakıda atasını baltalayan qadın psixoloji müalicə alacaq - MƏHKƏMƏ

Bakıda atasını baltalayan qadın psixoloji müalicə alacaq - MƏHKƏMƏ

Bakıda atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibovanın barəsində olan apellyasiya şikayətinə baxılıb.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, təqdimat təmin olunub.

 

Xatırladaq ki, A.Həbibova Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cinayət məsuliyyətindən azad olunub, ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə keçirilməsinə dair təqdimatın təmin edilməsini istəyib.

Məhkəmə onun vəsatətini təmin etməyib. Qərardan narazı qalan qadın apellyasiya şikayəti verib.

İttiham aktına əsasən, cinayət hadisəsi 2017-ci il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib. Həmin ünvanda ailə münaqişəsi zamanı A.Həbibova atası - 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub. C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. A.Həbibova 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829