Krİmİnal

Bakıda bıçaqlanan kişi xəstəxanada öldü

Bakıda bıçaqlanan kişi xəstəxanada öldü
Bakının Səbail rayonunda beş gün əvvəl bıçaqlanan 47 yaşlı şəxs xəstəxanada ölüb.

Sfera.az xəbər verir ki, hadisə martın 13-də Bayıl qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Bujdelev Viktor Vladimiroviç tanışı tərəfindən bıçaqlanıb. O, həmin gün 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub. Onun halı bu gün qəfildən pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, V.Bujdelevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.  /APA
 

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031