Cəmİyyət

Bakıda bir şirkətdən qeyri-adi tələb - FOTO

Bakıda bir şirkətdən qeyri-adi tələb - FOTO

Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. O bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona "Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.

Bundan başqa, şirkət ona "dress-code” göndərib. Həmin "dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.

"Qafqazinfo” məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilb ki, məsələ araşdırılacaq və yaxın müddətdə rəsmi cavab veriləcək.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031