İqtİsadİyyat

Bakıda dollar ajiotajı: Bu bank dolları limitlə satır, bəziləri isə satışı dayandırıb - REPORTAJ

Bakıda dollar ajiotajı: Bu bank dolları limitlə satır, bəziləri isə satışı dayandırıb - REPORTAJ

Dünya bazarında neftin qiymətinin ucuzlaşması ABŞ dollarına tələbatı artırıb. Bir çox iqtisadi ekspertlər isə baş verənlər fonunda növbəti devalvasiyanın qaçılmazlığı haqda proqnozlar səsləndirməyə başlayıblar.


Mərkəzi Bankın açıqladığı məzənnədə dəyişiklik olmasa da Azərbaycanda dollar ajiotajının yaşandığı sirr deyil. Çoxları hesab edir ki, hökumətin səylərinə baxmayaraq dolların hazırkı məzənnəsini uzun müddətə qoruyub saxlamaq mümkün olmayacaq. Bu isə paytaxtda ABŞ dollarına olan tələbatı nəzərəçarpan dərəcədə artırıb.


Sfera.az-ın əməkdaşı mövzunu araşdırmaq məqsədilə araşdırma aparıb. Bu gün dollar alıcısı kimi müxtəlif banklara üz tutan əməkdaşımız maraqlı sitiuasiya ilə üzləşib.


Məlum olub ki, "Günaybank”da dollar limitlə satışa çıxarılıb. Belə ki, burada bir şəxsə 300 ABŞ dollarından artıq valyuta satılmayıb.


"Kapitalbank"da və "Respublika” Bankında ABŞ dolları limitsiz təklif edilsə də burada uzun növbələr yaşanıb ki, bu da dollar ajiotajının ciddiliyindən xəbər verir.


Park Bulvar ərazisində fəaliyyət göstərən ABS bank filialında və "Günaybank”ın Nizami küçəsindəki filalında isə dollar satışı ümumiyyətlə dayandırılmışdı.


Əməkdaşımız xəbər verir ki, belə bir vəziyyət qara bazarı əməlli-başlı fəallaşdırıb. Belə ki, qara bazarda dollar 1.71 və 1.75 manat aralığında təklf olunub.

 

Orxan

Sfera.az

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031