Cəmİyyət

Bakıda kiçik maşınlara tələbat niyə artıb: “QADIN SÜRÜCÜLƏR, QƏNAƏT, TIXACDA MANEVR…”

Bakıda kiçik maşınlara tələbat niyə artıb: “QADIN SÜRÜCÜLƏR, QƏNAƏT, TIXACDA MANEVR…”
  

"Mühərrikin həcmi kiçik olan avtomobillərə tələbin artması ölkəmizdə qadın sürücülərin sayının çoxalması ilə bağlıdır”


Sfera.az-a açıqlamasında bu sözləri son dövrlər Azərbaycanda kiçik həcmli mühərrikə malik avtomobillərin sayının artması səbəblərinə toxunarkən nəqliyyat məsələləri üzrə ekspert Azər Alalhverənov deyib:

 

"Belə ki, son zamanlar qadın sürücülərin sayı da sürətlə artır. Yəni, avtomobil idarə edənlər arasında qadın sürücülər də kifayət qədər çoxdur.Onlar isə birmənalı şəkildə mühərriki nisbətən kiçik, qənaətcil avtomobilləri idarə etməyə daha çox meyl edirlər. Burada başqa bir səbəb mühərrikin həcmi kiçik olan avtomobillərin qənzaətcil olması ilə bağlıdır. Yəni yanacaq sərfi nə qədər az olarsa, bu avtomobil sahibi üçün də bir o qədər əlverişlidir. Burada ikinci bir amil qiymət məsələsilə bağlıdır. Aparılan araşdırmalar da göstərir ki, ölkəmizə gətirilən avtomobillər arasında iri həcmli mühərrikə malik maşınların qiyməti kifayət qədər yüksəkdir. Ona görə də insanlar daha çox kiçik həcmli mühərrikə malik avtomobillərə meyl edirlər. Digər tərəfdən, ölkəmizdə, xüsusən də paytaxt Bakıda avtomobillərin sayı kifayət qədər çoxalıb”.

 

Bakı tıxaclarında maşınların manevr imkanlarının məhdudlaşdığını xatırladan ekspert kiçik maşınların bu baxımdan da əlverişli olduğunu düşünür: "Belə vəziyyətdə nisbətən kiçik həcmli mühərrikə malik avtomobillər daha mobil olurlar. Yəni, onların ölçüləri digər avtomobillərə nisbətən daha balaca olur. Nəticədə kiçik mühərrikə malik maşınların manevretmə qabiliyyəti daha yüksəkdir. Xüsusən də indiki şəraitdə, tıxacların genş yayıldığı, yolun sağ və sol tərəfin avtomobillərlə dolu olduğu bir zamanda kiçik mühərrikli maşınlara tələbin artması gözləniləndir. Çünki belə şəraitdə məhz həmin avtomobillərlə idarə etmək daha məqsədəuyğundur. Bu amilin də sözügedən prosesə öz təsiri vardır. Bütün hallarda sadaladığım bu 4 amilin təsiri nəticəsində Azərbaycan əhalisi arasında kiçik həcmli mühərrikə malik avtomobillərə tələb artıb”.

 

Elçin

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930