AKTUAL

Bakıda küçəyə Mübariz İbrahimovun adını verdilər - VİDEO

Bakıda küçəyə Mübariz İbrahimovun adını verdilər - VİDEO
 

Bakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur.

Sfera.az  xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin "Hövsan südçülik sovxozu" adlanan ərazisindən gedir.

Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər.

Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə problemlər yaradır. Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə bir çox hallarda təcili tibbi yardım avtomobilləri dəqiq ünvanı tapmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov ''Xəzər Xəbər''ə bildirdi ki, küçə adları ilə bağlı sakinlər ərazi üzrə qəsəbə nümayəndəsinə rəsmi qaydada müraciət etməlidirlər. Bundan sonra isə qəsəbə nümayəndəsi rəsmi müraciəti icra hakimiyyətinə çatdırır. İcra hakimiyyəti də öz növbəsində küçə adının verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir və bu məsələ araşdırılır. Daha sonra isə müvafiq qərar qəbul edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031