Hadİsə

Bakının mərkəzində "Mercedes-Maybach" dəhşətli qəza törətdi - VİDEO

Bakının mərkəzində
 
Dünən axşam saatlarında Bakının mərkəzində qara rəngli "Mercedes-Maybach" markalı avtomobil qəza törədib.

Avtomobil əvvəlcə önündəki avtomobilə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb. 
 
Sfera.az  Report-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər - "Mercedes"in arxadan vurduğu "Opel" markalı avtomobilin sürücüsü, 27 yaşlı Zaur Əlizadə və yol kənarında dayanan piyada 70 yaşlı Vladimir Voronov ağır xəsarət alıb.

Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, "Mercedes-Maybach"in 2019 modelinin qiyməti 350 min manatdan başlayır.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031