Gündəm

“Bandotdel”in yeni rəisindən ilk açıqlama

“Bandotdel”in yeni rəisindən ilk açıqlama
"Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”.

Sfera.az bildirir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında bu gün Daxili İşlər naziri Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfəz Rzayev deyib.

O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb:

"Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031