Hadİsə

Beynəlxalq aeroportda partlayıcı dolu çanta tapıldı

Beynəlxalq aeroportda partlayıcı dolu çanta tapıldı

Hindistanın İndira Qandi adına beynəlxalq aeroportunda güclü partlayıcı maddə - qeksogen dolu çanta aşkar edilib.

Sfera.az trend-ə istinadən xəbər verir ki, sahibsiz çanta aşkar ediləndən dərhal sonra hadisə yerinə polis və təhlükəsizlik qüvvələri cəlb edilib. Aeroport ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumata görə, çanta sərnişinlərdən biri tərəfindən səhər saatlarında terminalın qarşısında tapılıb. Polis çantanı nəzarətə götürdükdən sonra aeroporta giriş və çıxış qapılarının bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.

Çanta laboratoriyaya təqdim edilib. Hazırda müşahidə videokameraları vasitəsilə çantanı aeroport ərazisinə daxil edən şəxs axtarılır.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031