Hadİsə

“Binə” ticarət mərkəzi su altında qaldı - Fotolar

“Binə” ticarət mərkəzi su altında qaldı - Fotolar

Gecə saatlarında yağan güclü yağış paytaxtı sel-su altında qoyub. 

Sfera.az xəbər verir ki, yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub.

Belə ki, Lökbatanda yerləşən "Binə” ticarət mərkəzinin dayanacağını su basıb. Səhər ticarət mərkəzinə gedənlər avtomobillərini saxlamaq üçün yer tapa bilməyib.

Mağaza sahibləri, satıcılar suyun bəzi mağazalara dolduğunu bildirir.

Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən ticarət mərkəzində eyni problem ortaya çıxır.(yeni sabah)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031