Dünya

Binəli Yıldırım parlament sədri seçilə bilmədi

Binəli Yıldırım parlament sədri seçilə bilmədi
Türkiyə parlamenti 28-ci sədrini seçir.

Sfera.az xəbər verir ki, AKP Binəli Yıldırımı, CHP Ərdoğan Toprakı, HDP Meral Danış Beştaşı, İYİ partiya Xeyrəddin Nuroğlunu, Səadət partiyası Nazir Cahangir İslamı parlament sədri üçün namizəd göstərib. 

Sədrin seçilməsi partiyaların namizədlərindən biri 400 deputatın səsini almalıdır. İlk iki turda nəticə əldə olunmazsa, üçüncü turda 301 səs seçilmək üçün kifayət edəcək. Üçüncü turda nəticə əldə olunmazsa, səsvermədən ən çox səs alan iki namizəd üçün dördüncü turda səsvermə keçiriləcək. Ən çox səs alan namizəd parlament sədri seçiləcək.

Qeyd edək ki, ilk turda keçirilən səsvermədə namizədlərdən heç biri seçilə bilməyib. Seçki ikinci tura qalıb. Namizədlərin yığdığı səslər:

Binəli Yıldırım: 331
Ərdoğan Toprak: 134
Meral Danış Beştaş: 65
Xeyrəddin Nuhoğlu: 43
Nazır Cahangir İslam: 4
Etibarsız: 4
Ümumi səslərin sayı: 581

Rəsul
Sfera.az

XƏBƏR LENTİ