Hadİsə

Bir evdən 4 cəsəd tapıldı - Evdə sianid var, yaxın gəlməyin! - FOTO

Bir evdən 4 cəsəd tapıldı - Evdə sianid var, yaxın gəlməyin! - FOTO

Türkiyədə dəhşətli hadisə baş verib.

Sfera.az  haberler-ə istinadla xəbər verir ki, İstanbulun Fatih rayonundakı Molla Gürani məhəlləsindəki evdən 4 nəfərin cəsədi tapılıb.

Ölənlərdən 2-si qadın, 2-si isə kişidir. Onlardan yaşca ən kiçiyinin 48 yaşı var.

Yaxın qohumların ölüm səbəbi kimyəvi maddədən zəhərlənmədir. Belə ki, qonşular qapıya qoyulan qeydi görüb, polis çağırıblar.

Hadisə yerinə gələn polislər qapıda yazılan "Evdə sianid var, yaxın gəlməyin, polis çağırın" sözünü görüb fövqəladə hallar briqadasından kömək istəyiblər.

 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir.(milli.az)

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930