Dünya

"Bu açıqlama iğtişaşa yol açır" - Xarici KİV Kloppu qınadı

"Liverpul"un baş məşqçisi Yurgen Kloppun xoşagəlməz açıqlaması ətrafında müzakirələr davam edir. Almaniyalı mütəxəssisin Avropa Liqasının final görüşünün Bakıda keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanda olduğu kimi, digər ölkələrdə də birmənalı qarşılanmayıb.

Xarici mətbuat təcrübəli mütəxəssisin bu açıqlama ilə gərginlik yaratdığını və iğtişaşa yol açdığını düşünür. Həmkarlarımız hesab edir ki, "qırmızılar"ın çalışdırıcısı finalçılar "Arsenal" və "Çelsi" tərəfinin əvəzinə fikir bildirməklə doğru addım atmayıb: "Hərçənd qarşı tərəfin dərhal buna reaksiyası məsələnin ciddiliyini ortaya qoyur".

Qeyd edək ki, Yurgen Klopp bu yaxınlarda Avropa Liqasının final görüşünün Bakıya salınmasına görə UEFA-nı tənqid etmiş, "bu qərarı verərkən səhər nə yemişdilər?" kimi fikirlər səsləndirmişdi. AFFA-nın baş katibi Elxan Məmmədov, həmçinin "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev dərhal məsələyə reaksiya göstərmişdi.

Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "Çelsi" arasında keçiriləcək.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031