Cəmİyyət

Bu ay Azərbaycana nə qədər çinli gəlib? - Rəqəmlər

Bu ay Azərbaycana nə qədər çinli gəlib? - Rəqəmlər

"Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.

Sfera.az bildirir ki, bunu report-un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.

E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır: "Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.

 

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829