Cəmİyyət

Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib? - Rəqəmlər açıqlandı

Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib? - Rəqəmlər açıqlandı
Aralıq dənizi Turizm Hotelçilər və Operatorlar Birliyi (AKTOB) bu ilin ilk 4 ayında Türkiyəyə gələn turistlərlə bağlı statistikanı açıqlayıb.

Sfera.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, 1 yanvar - 30 aprel tarixləri aralığında bu ölkəyə ümumilikdə 180 ölkədən 7,8 milyon turist səfər edib.

Türkiyəni ilk 4 ayda ən çox ziyarət edən ölkə 858 min 17 nəfərlə İran olub. İkinci pilləni 671 min 665 nəfərlə Almaniya, üçüncü pilləni isə 651 min 228 nəfərlə Gürcüstan tutub.

Bolqarıstan 579 min 644 turistlə 4-cü, Rusiya da 524 min 369 turistlə 5-ci yerdə qərarlaşıb.

Bundan başqa, Azərbaycanda da 100 mindən çox turist qonşu ölkəyə səyahət edib.

İraq, İsrail, Səudiyyə Ərəbistanı, Çin, Fransa, Hollandiya, İngiltərə, Yunanıstan, Rumıniya, Ukrayna kimi ölkələrdən də 100 min də çox turist Türkiyədə olub.

XƏBƏR LENTİ