Krİmİnal

Bu şəxslərə 54 il cəza verildi

Bu şəxslərə 54 il cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aqil Baxşiyev, Vəfalı Əliyev və Nailə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Baxşiyev 18 il 6 ay, V.Əliyev 18 il və N.Ağayeva isə 17 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 29-da Yardımlı rayonundakı meşə zolağında yerli meşəbəyi "UAZ-469" markalı avtomobilin yanında parçalanmış insan meyiti aşkarlayıb.

Meyiti yırtıcı heyvanlar - canavarlar parçalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs Lerik rayon sakini Mail Ağayevdir.

İstintaq zamanı məlum olub ki, qətl hadisəsini M.Ağayevin 43 yaşlı həyat yoldaşının sifarişi ilə yaxın qohumları olan 22 yaşlı Lerik rayon sakini A.Baxşiyev və 25 yaşlı Bakı şəhər sakini V.Əliyev törədiblər.

İlkin araşdırma zamanı müəyyən edilib ki, N.Ağayeva ilə A.Baxşıyev arasında sevgi münasibətləri olub. N.Ağayeva etiraf edib ki, ərini aradan qaldırmaq qərarını o, özü verib və cinayəti də özü təşkil edib. A.Baxşiyev M.Ağayevi öldürməyə razılıq verib və bu iş üçün yaxın qohumuna müraciət edib. V.Əliyev M.Ağayevin sinəsinə bıçaq zərbəsi vurub. Sonra cinayət ortaqları boş maşını uçuruma itələyiblər və meyiti də onun yanına qoyublar.

Beləliklə, onlar kişinin avtomobil qəzası nəticəsində öldüyü təsəvvürü yaratmaq istəyiblər. (Trend)

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30