Cəmİyyət

Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı - MƏBLƏĞ

Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı - MƏBLƏĞ
 

Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.


Sfera.az xəbər verir ki, Fərmana əsasən, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilib:

 

1. 1-ci hissədə "40,0 (qırx)” sözləri "60,0 (altmış)” sözləri ilə əvəz edilib;

 

2. 1-3-cü hissədə "22,0 (iyirmi iki)” sözləri "33,0 (otuz üç)” sözləri ilə əvəz edilib.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031