Dünya

"Bülbül" qasırğasında 13 nəfər öldü- 36 balıqçı itkin düşdü

 

Hindistanda güclü qasırğa ölümə səbəb olub.

Sfera.az xəbər verir ki, "The Indian Express" qəzeti yazır ki, noyabrın 10-da Hindistan yarımadasının şimal-şərq hissəsində qeydə alınan "Bülbül" qasırğasında 10 nəfər ölüb.

"The Times of India" qəzeti isə Qərbi Benqal və Odişa ştatında 450 min nəfərin qasırğanın təsirinə məruz qaldığı barədə məlumat yayıb. Güclü külək 60 min evə ziyan vurub, 8 balıqçı itkin düşmüş sayılır.

Hazırda siklon gücünü tədricən itirə-itirə şərqə doğru irəliləyir.

Bundan əvvəl "Reuters" agentliyi qasırğa nəticəsində Banqladeşdə 13 nəfər öldüyü barədə məlumat yayıb. "The Indian Express" qəzeti isə yazır ki, Banqladeşdə 36 balıqçı Benqal körfəzində itkin düşüb, güclü küləyin təsirindən 6 minədək ev qismət və ya tam dağılıb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031