Cəmİyyət

Daha bir deputat-Bəhruz Məhərrəmov da – KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA VƏSAİT KÖÇÜRƏCƏK

Daha bir deputat-Bəhruz Məhərrəmov da – KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA VƏSAİT KÖÇÜRƏCƏK
 

Koronavirusla Mübarizəyə Dəstək Fondununa vəsait ödənməsi şərtlərini araşdıraraq, bu kampaniyaya qoşulacağam.

Sfera.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

"Əziz həmvətənlər, hörmətli seçicilər, dəyərli dostlar! Novruz bayramınız mübarək! Hər bir ailəyə ruzi, bərəkət, xoş günlər arzu edirəm! Çətin günlər yaşayırıq, lakin şükr ki, Azərbaycan dövləti kimi dayağımız var, ona görə də bu bəşəri bəladan mümkün ən az zərərlə çıxacağımıza tam inanır, hər birinizi də inamlı olmağa çağırıram! Unutmayaq ki, gün birlik günüdür, bizim də üzərimizə ciddi vəzifələr düşür, məsuliyyətli olmalı, qoyulan müvəqqəti məhdudlaşdırıcı tədbirlərə sözsüz əməl etməliyik. Habelə bəyan etmək istəyirəm ki, Koronavirusla Mübarizəyə Dəstək Fondununa vəsait ödənməsi şərtlərini araşdıraraq, bu kampaniyaya qoşulacağam. İmkanı olan hər bir vətəndaşımızı da bu aksiyaya dəstək olmağa çağırıram! Tanrı 50 milyonluq Azərbaycan xalqını qorusun!”-deyə, o, bildirib.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031