Cəmİyyət

Deputat Hacı Muradın qalıqlarının çıxarılmasından danışdı

Deputat Hacı Muradın qalıqlarının çıxarılmasından danışdı
 

"Hacı Muradın məzarına baxış əvvəldən də keçirilib. Orada qazıntı işləri aparılıb. Amma başdaşı və qəbirdaşı yerindədir”.

Bunu "Qafqazinfo”ya açıqlamasında Qaxın deputatı Azər Kərimli Hacı Muradın nəşinin rayondan gizli çıxarılması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, qazıntı işləri yandan aparılıb: "Bu gün Hacı Muradın qalıqlarının məzardan çıxarılıb aparılmasını təsdiq və ya inkar edə bilmərik. Bunun üçün məzar yenidən açılmalıdır”.

A. Kərimli qeyd edib ki, məzar meşə massivində yerləşir: "Orada axşam vaxtı qazıntı işləri aparmaq olar və bunu heç kim görməyə bilər. Məzarı sərhəddən və gömrükdən necə çıxarmaq olar məsələsindən hələ danışmayaq. Çünki hələ ki, bu məsələ təsdiq edilməyib. Bu məsələ ilə bağlı komissiya yaradılmalıdır. Ancaq komissiyanın nə vaxt yaradılacağını və fəaliyyətə başlayacağını da deyə bilmərəm. Bu, mənim səlahiyyətimdə deyil. Belə bir qərar olacaqsa, rəhbərlik tərəfindən həmin komissiya yaradılacaq”.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30