AKTUAL

"Dövlət başçısının regionlara səfəri koronavirusla bağlı narahatlığın olmadığını göstərir" - RƏY

 

Son günlər dünyada müzakirə mövzusuna çevrilən koronavirus xəstəliyi sosial media və mətbuatın gündəmini zəbt edib. Təəssüflər olsun ki, koronavirus infeksiyası ilə əlaqədar yayılan xəbərlər vasitəsilə kütləvi ajiotaj yaradanlar da var. Bu da cəmiyyətin ciddi narahatlığına səbəb olur. Özündən daha tez qorxusu gələn bu virusun ətrafında isə müxtəlif şayiələr yayılmaqda davam edir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Report”a açıqlamasında bildirib ki, Azərbaycan koronavirusa qarşı mübarizəyə çox ciddi hazırlaşıb:

"Ölkədə bununla bağlı qabaqlayıcı tədbirlər həyata keçirildi. Koronavirusun geniş yayıldığı İranla sərhəd bağlandı, Azərbaycana gələnlər arasında koronavirusun erkən aşkarlanmasını müəyyənləşdirmək üçün tədbirlər görüldü. Eyni zamanda, təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması, idman yarışlarının ləğv edilməsi və bütün bunlarla yanaşı maarifləndirici işlərin həyata keçirilməsi qabaqlayıcı tədbirlərdəndir. Azərbaycanın xaricə gediş-gəlişi çox olan ölkə olmasına baxmayaraq, burada cəmi 6 nəfərdə koronavirus aşkarlanıb”.

Deputatın sözlərinə görə, bu gün koronavirus bütün dünyanı narahat edən bir məsələyə çevrilib:

"O, həyatımızın bütün sahələrinə təsir edib. Ona görə də bununla bağlı məlumatların diqqətdə olması, bir qayda olaraq insanların bu barədə daha çox məlumat axtarması təbiidir. Amma çox təəssüf ki, bu stiuasiyada ajiotaj yaratmaqla və yaxud yalan məlumatlar yaymaqla diqqətə çəkilmək, reytinq qazanmaq istəyənlər də tapılıb. Bu, təbii ki, yolverilməzdir. Koronavirusla bağlı bu gün dünyada ciddi araşdırmalar aparılır. Ona qarşı vaksin və müalicə üsulları axtarılır”.

Deputat xatırladıb ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah və qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycanın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.

A.Mirəzadə vurğulayıb ki, Prezident İlham Əliyevin belə bir situasiyda regionlara iki günlük səfər etməsi və bir neçə bölgədə işlərin gedişatı ilə tanış olması ölkədə vəziyyətin nəzarət altında olduğunu, hər hansı bir ciddi narahatlığın olmadığının bariz nümunəsidir.

Milli Məclisin deputatı koronavirusla bağlı yalan məlumatlar yayanların məsuliyyət daşıdığını bildirib:

"Koronavirusla bağlı Azərbaycana aid olmayan görüntü və yalan məlumatların yayılması yolverilməzdir. Çünki bu, cəmiyyətdə çaşqınlıq yarada bilər, digər tərəfdən isə bu, artıq cinayətdir. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının bu məsələyə ciddi reaksiya verməsi tamamilə doğrudur. Saxta ajiotaj yaradan şəxslər qanunq arşısında cavab verməlidirlər. Buna baxmayaraq, Azərbaycan vətəndaşları ciddi informasiyanı saxta informasiyadan ayrıa bilirlər”.  


XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031