Dünya

Dünyanın ən zənginlərinin yeni reytinqi

Dünyanın ən zənginlərinin yeni reytinqi
 

"Bloomberg” nəşri dünyanın ən zəngin 500 milyarderinin yeni reytinqini açıqlayıb.

"Qafqazinfo” nəşrin rəsmi saytına istinadən xəbər  verir ki,  ABŞ-ın "Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı seçilib.  İyulun 20-nə olan məlumata görə, onun sərvəti 122 milyard dollar təşkil edir.

İkinci yerdə 106 milyard dollar sərvətlə fransız iş adamı, "Louis Vuitton Moët Hennessy” şirkətinin Prezidenti Bernar Arno qərarlaşıb. O, bu il 37,7 milyard dollar gəlir əldə edib.

Üçüncü yeri 106 milyard dollar gəlirlə "Microsoft” şirkətinin rəhbəri Bill Qeyts  tutub. Biznesmen il ərzində 15,8 milyard dollar qazanıb.

Dünyanın ən zəngin 4-cü adamı isə "Berkshire Hathaway” şirkətinin rəhbəri, amerikalı sahibkarUorren Baffetdir. 88 yaşlı iş adamı 81,3 milyard dollar sərvətə sahibdir.

Beşinci yerdə isə "Facebook”un yaradıcısı Mark Tsukerberq (77,4 milyard dollar) olub.

Azərbaycanlı iş adamı, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 17,7 milyard dollarla 61-ci yerdə qərarlaşıb. O, bu il 1,66 milyard dollar gəlir əldə edib.

 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031