Dünya

Əkiz qızlarına təcavüz edən atanın ifadəsi dəhşətə gətirir - "Mənim sevmək tərzim belədir" - FOTO

Əkiz qızlarına təcavüz edən atanın ifadəsi dəhşətə gətirir -

Əkiz qızlarına təcavüzdə ittiham olunan şəxsin məhkəmədəki ifadəsi şok effekti yaradıb.

Sfera.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, İzmir şəhərinin Karşıkaya qəsəbəsində yaşayan kişi əkiz qızlarına qarşı seksual xarakterli hərəkətlər etdiyinə görə saxlanılıb.

15 yaşlı əkiz bacılara təcavüzdə günahlandırılan K.K. adlı kişi 36 il, 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Kişi ifadəsində deyilənləri təkzib edib və özünə haqq qazandırmağa çalışıb. Lakin onun ifadəsi hakim daxil olmaqla, məhkəmə zalındakıları dəhşətə gətirib.

"Bu iddiaları qəbul etməyim mümkün deyil. Uşaqlarıma təcavüz etməmişəm. Mənim sevmək tərzim belədir. Qızımın biri qorxduğu üçün qucağımda oturmuşdu. Digərini də qucaqlayanda istəmədən intim yerlərinə toxunmuşam. Niyyətim pis deyildi".

 

Qeyd edək ki, K.K-nın xanımı onu pedofillikdə ittiham edərək bir müddət əvvəl ondan boşanıb. (milli.az)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031