AKTUAL

Ekspert: “Mübariz Mənsimovun biznesinin tənəzzülü verdiyi səhv iqtisadi qərarların nəticəsidir”

Ekspert: “Mübariz Mənsimovun biznesinin tənəzzülü verdiyi səhv iqtisadi qərarların nəticəsidir”
Türkiyədə Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun həbsindən sonra bəzi qüvvələr məsələni siyasiləşdirməyə başlayıb. Biznesmenin rəsmi sosial şəbəkə səhfəsindən tərəfdarlarına çağırış edilərək bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında Mənsimovun həbsinə etiraz etməyə dəvət ediblər.

Ümumiyyətlə, M.Mənsimovun həbsini siyasiləşdirmək və koronavirus epidemiyası ilə əlaqədar ölkədə fövqəladə tədbirlər fonunda insanları kütləvi aksiyaya dəvət etmək nə dərəcədə düzgündür?

Bu barədə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov başqa ölkənin ərazisində biznes fəaliyyəti ilə bağlı şəxsin həbsində Azərbaycan izi axtarmağın absurd olduğunu deyib:



"Mənsimovu siyasətçi kimi yox, sahibkar kim tanıyıram. İdeal biznesmen deyə bir anlayış yoxdur. İstisna deyil ki, onun, biznes tərəfdaşlarının mənafelərinə ziyan gətirə biləcək fəaliyyəti də olub. Belə ki, son illər onun bütün iqtisadi layihələri uğursuzluqla yekunlaşıb və nəticədə böyük borc öhdəlikləri yaranıb. Bütün bunlar isə birmənalı olaraq M.Mənsimovun səhv iqtisadi qərarlar verməsinin nəticəsi kimi qiymətləndirilə bilər”.

Ekspert insanları etirazlarla çağırmağı məsələni iqtisadi müstəvidən siyasiyə keçirmək cəhdi kimi qiymətləndirib:

"Bu cəhdin arxasında Azərbaycan dövlətinin əleyhinə olan qüvvələr dayanır. Bu yolla ictimai-siyasi təfəkkürü aşağı olan təbəqə ilə manipulyasiya etmək istəyirlər. Lakin bu arqumentsiz, çox zəif bir cəhddir. Koronavirus olsa da, olmasa da, istənil zaman sahibkarın həbsi ilə bağlı səfirlik qarşısında etiraz aksiyası keçirərək dövlətlərarası münasibətlər səviyyəsinə qaldırılması yolverilməzdir”.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031