Təhsİl

Ekspertlərin “sentyabrın 1-nə qayıdış” təklifi: TƏHSİL NAZİRLİYİ AÇIQLAMA VERMƏKDƏN YAYINDI

Ekspertlərin “sentyabrın 1-nə qayıdış” təklifi: TƏHSİL NAZİRLİYİ AÇIQLAMA VERMƏKDƏN YAYINDI
 

"Birmənalı olaraq deyirəm ki, dərslər sentyabrın 1-i başlamalı, mayın 31-i bitməlidir”.

 

Sfera.az-a açıqlamasında bu sözləri orta məktəblərdə dərslərin başlanma və bitrməsi müddətilə bağlı səslənən fikirlərə münasibət bildirərkən təhsil eksperti Vagiq Abışov deyib: "Uzun müddət təhsil sahəsində çalışan bir müəllim kimi deyə bilərəm ki, vaxtilə sentyabrın 1-də dərsə başlayıb, mayın sonunda onu başa vuran şagirdlərin savad dərəcədi, təhsildə göstərdikləri nailiyyətlər , imtahanlarda topladığı ballar indikindən qat-qat yüksək idi. Burada söhbət haçan başlamaq və haçan başa çatdırmaqdan getmir. Söhbət orta ümumtəhsil məktəblərində verilən təhsil, elm və şagirdlərə yanaşma və onları qane edən formadan gedir. Birmənalı olaraq bu fonda deyirəm ki, dərslər sentyabrın 1-i başlamalı, mayın 31-i bitməlidir. İnsanlarımızın, valideyn, müəllim və şagirdlərin psixologiyasında bu forma qalıb. Mayın 31-dən sonra məktəblərdə dərslər demək olar ki, keçirilmir. Proqram mayın 31-də başa çatır, dərs kitabları yığılırsa, bal toplama baxımından nəticə yoxdursa, nə fərqi var ki, tətbiq olunaraq dərslər sentyabrın 15-də başlayıb, iyunun 15-də də başa çatır”.

 

 

Həmsöhbətimiz düşünür ki, əhalinin də mütləq əksəriyyəti dərslərin məhz sentyabrın 1-də başlayıb, mayın 31-də bitməsinin tərəfdarıdır:

 

 

"İctimaiyyət arasında geniş sorğu aparılsa, deyərdim ki, onların 99 faizi dərslərin sentyabrın 1-də başlayıb mayın 31-də qurtarmasını daha əlverişli sayacaqlar. Həm məktəb, həm təhsil, həm uşaqlar, həm də müəllimlərimiz üçün. Qüvvəni müəllimin elmi potensialı və maddi durumunu yaxşılaşdırmağa, məktəblərin iqtisadi durumu və tədrisi gücləndirməyə verməliyik”.


Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Büllurə Hacızadə isə məsələ ilə bağlı sualımıza ancaq yazılı sorğu göndərildikdən sonra cavab verə biləcəklərini dedi.


Qeyd edək ki, son günlər cəmiyyətdə tanınan bir çox insanlar orta məktəblərdə dərslərin sovet dönəmi və müstəqillik illərinin ilk dövründə olduğu kimi sentyabrın 1-də başlayıb mayın 31-də bitməsi qaydasına qayıdılmasının vacibliyini vurğulanmağa başlayıblar. Hətta keçirilən mini sorğularda validenylərin əksəriyyəti də əvvəlki qaydalara qayıdılmasının daha məqbul olduğunu bildiriblər.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30