Maqazİn

Elə açıq-saçıq fotolar paylaşırlar ki, adam utanır - VİDEO

Elə açıq-saçıq fotolar paylaşırlar ki, adam utanır - VİDEO

 

Ötən güngənc müğənni Aysunİsmayılovanın qonaq qismində qatıldığıverilişlərin birində geyindiyi dərin sinə dekolteli qısa libası sosial şəbəkələrdə müzakirələrə səbəbolub. Aysunun geyimini ədəbsiz hesab edən izləyicilər onutənqid atəşinə tutublar.

Aysun İsmayılova məsələ ilə bağlıOxu.Az-a açıqlama verib.

O, açıq geyinməkdə hər hansı məqsədinin olmadığını dilə gətirib:

"Birincisi, bədən quruluşuma çox güvənirəm. İkincisi, beləgeyimi özüməyaraşdırıram. Üçüncüsü,məndən də açıq-saçıq geyinən sənətçilərimiz var. Niyə onlar geyinəndə deyirlər ki, nə gözəldir?!

22 yaşım var. Dəcəl, şıltaq bir qızam. Mən açıq-saçıq paltar geyinəndə niyə pis olmalıyam ki?! Heç vaxt efirə bu cür çıxmamışam, sadəcə, libas hazır olduğundan və canlı efirə gecikməmək üçün bu libası geyinməli oldum. Libasın sinə hissəsi dahaaçıq idi,onu bir aztikdim. Verilişdə libasımın sinə hissəsini saçlarımla bağladım ki, görünməsin”.

İsmayılova sinəsinicərrahi yolla böyütməsinə dair yayılan şayiələrdən də danışıb:

"İdman etmişəm, bu formaya salmışam. Əvvələr bu dərəcədə idmanla məşğul olmurdumvə gözəllik aparatlarından istifadə etmirdim. Özümə baxan bir xanımam. İstəyirəm ki, gözəl bədən quruluşum olsun. Sinəmigöstərmək niyyətimyox idi. Sadəcə, məcburiyyətdən elə alındı.

Əgər əməliyyat etdirsəydim, bunu danmazdım. Bir dəri, bir sümüyəm. Elə geyimlər var ki, tikiliş baxımından bədən quruluşunu dahaqabarıq göstərir. Geyindiyim libas da eləidi. Heç bir əməliyyat yoxdur”.

Aysun anası - müğənni Rəqsanə İsmayılovanın son günlər çəkdirdiyi açıq-saçıq fotolardan da danışıb:

"Biz açıq geyinmirik. Şəhərdə bizdən açıq geyinən qızlar var. Adlarını fotomodel qoyan qızlar "Instagram”da elə açıq-saçıq geyimlərdə fotolar paylaşırlar ki, adam baxanda utanır. Aysun dekolte, Rəqsanə şort geyindisə, aləm dəyir bir-birinə, dünya dağılır?! Bizdən betər geyinənlər var. Mən hər zaman anamı dəstəkləyirəm.

Əgər anam daha açıq geyimdə şəkillər paylaşsaydı, o zaman deyərdim ki, ay ana, bu nədir?! Lakin anam bədənindəbir yeriaçanda, bir yeri bağlayır. Böyük bir şlyapanı qucaqlayaraq şəkil çəkdirib. Orada qolları, çiyinləri və ayaqları görünür. O fotolarda pis bir şey görmürəm. Bədən ölçüləri yerindədirsə, hər bir sənətçi belə fotolar çəkdirə bilər. Təbii ki, yaraşması çox önəmlidir”.

 

 

 

 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930