Gündəm

Əli İnsanov Müsavata gəldi – Müşavirə keçirilir

Əli İnsanov Müsavata gəldi – Müşavirə keçirilir
 

Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.

Sfera.az xəbər verir ki, Müsavat Partiyası başqanının təşəbbüsü ilə baş tutan tədbirin mediaya açıq olan hissəsində iştirakçılar  tədbirlə bağlı məlumat veriblər.

Giriş sözü ilə çıxış edən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, bu tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və bu vəziyyətdən çıxış yolları müzakirə olunacaq. 

Tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930