Sİyasət

Elmar Məmmədyarovla erməni həmkarının “BRATİSLAVA DUELİ” – Görüş nəylə yadda qaldı?

Elmar Məmmədyarovla erməni həmkarının “BRATİSLAVA DUELİ” – Görüş nəylə yadda qaldı?

"Münaqişə tərəflərinin XİN rəhbərləri arasında keçirilən Bratislava görüşü Azərbaycanın qəti mövqeyinin bir daha ortaya qoyulması ilə nəticələndi. Bu görüşün Azərbaycan üçün əhəmiyyəti odur ki, ölkəmiz Paşinyanın avantürist siyasətinə qarşı öz siyasi mövqeyini ortaya qoydu və yeni ildən danışıqları hansı istiqamətdə aparacağını qırmızı xətt olaraq göstərdi”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənsitan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən Bratislava görüşünü dəyərləndirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

 

"ATƏT-in Nazirlər Şurasının Bratislavada keçirilən toplantısında Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan razılıqlara əsasən növbəti ilin əvvəlində yeni görüşlər keçiriləcək və danışıqlar prosesi davam etdiriləcək. Amma Ermənistan tərəfi hələ də substantiv, real nəticəsi olan danışıqlarda maraqlı deyil. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bratislava görüşü ərəfəsində qeyd etmişdi ki, Ermənistanın qəti mövqeyi məhz bu görüş çərçivəsində tam məlum olacaq. Görüş baş tutdu, ciddi nəticə əldə olunmasa da, bu istiqamətdə hər hansı bir açıqlamanı da eşitmədik. Sadəcə, növbəti görüşlərin keçirilməsi barədə razılaşmanın əldə olunduğu qeyd edildi. Ermənistanın hazırkı ritorikası, baş nazir Nikol Paşinyanın bir neçə gün əvvəl işğal olunmuş Dağlıq Qarabağa gələrək verdiyi bəyanatlar göstərir ki, İrəvan hələ də qeyri-səmimi mövqeyində qalır”.

 

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031