Maraqlı

Elton metroya minib, Nazpərini tənqid etdi: "deyəsən unutmusunuz”

Elton metroya minib, Nazpərini tənqid etdi:
 

Xalq artisti Nazpəri Dostəliyevanın "Metro və avtobus” sənətçilər üçün deyil sözləri həmkarı Elton Hüseynəliyevin qınağına səbəb olub.

Unikal.org xəbər verir ki, ifaçı əvvəlcə həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə olan fotosunu paylaşaraq "Sadəlik avtobusa minmək deyil, hər an, hər dəqiqə tərbiyəni və özünü unutmamaqdır. Sadələrə eşq olsun” sözlərini yazıb.

Müğənni bununla da kifayətlənməyib, başqa bir paylaşımında Nazpərinin fikirlərini mənasız adlandırıb:

"Nazpəri Dostəliyeva siz çox səhv və mənasız fikir irəli sürmüsünüz, təəssüf... Sənətkarın sənəti zirvədə olmalıdır, evinin damı, maşınının qiyməti yox. Siz deyəsən,  toylara getdiyiniz ilk vaxtları unutmusunuz – həyat budur”.

Qeyd edək ki, Dostəliyeva ARB TV-də yayımlanan "Səhər-səhər” verilişində bu sözləri işlətmişdi:

"Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Düz yol gedirəm, kimsə "Nazpəri keçdi” deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir”.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930