Gündəm

Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi, həbs olundu - RƏSMİ

Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi, həbs olundu - RƏSMİ
Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
 
Xatırladaq ki, Elvin İsayev uzun müddət sosial şəbəkələrdə mütəmadi olaraq Azərbaycanın vəzifəli şəxslərinin ünvanına söyüş dolu çıxışlar edir və dövlət məmurlarına qarşı terrora çağırırdı. 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031