Sİyasət

Ərdoğan: “Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək”

Ərdoğan: “Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək”
Türkiyənin Xarici İşlər və Avropa İttifaqı İşləri üzrə nazirlikləri seçkilərdən sonra birləşdiriləcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı deyib ki, Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Meşə Təsərrüfatı və Su Ehtiyatları Nazirliyi də birləşdiriləcək.

R.T.Ərdoğan qeyd edib ki, seçkilərdən sonra ölkədə ümumilikdə 16 nazirlik fəaliyyət göstərəcək.

O əlavə edib ki, bundan başqa, bir sıra nazirliklərin adının dəyişdirilməsi gözlənilir.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.(virtualaz.org)

XƏBƏR LENTİ