AKTUAL

“Etibar Əliyev böyük səhvə yol verib”

“Etibar Əliyev böyük səhvə yol verib”
 

Deputat, BDU-nun kafedra müdiri Kamilə Əliyeva təhsil eksperti Etibar Əliyevin BDU-nun rektoru Elçin Babayevin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib.

Sfera.az  xəbər verir ki, millət vəkili Elçin Babayevi kifayət qədər yenilikçi, novator rektor adlandırıb:

"Elçin Babayev bütün günü BDU-da tələbələrin, müəllimlərin arasındadır. Hər kəsin təkliflərinə açıq adamdır. Onu heç otağında tapmaq olmur. Tələbələrin, müəllimlərin qayğısını öz qayğısı hesab edir. Mən onu Elmin İnkişaf Fondunun İcraçı direktoru olan vaxtdan tanıyıram. O, əsl alim, gözəl insandır. Onun BDU-ya rektor təyinatından sonra müsbətə doğru çox ciddi addınlar atılıb. Kənardan, araşdırmadan fikir yürütmək doğru deyil, görülən müsbət işlərə kölgə salmaq cəhdi heç kimə başucalığı gətirməz. Eləcə də, Etibar Əliyev belə bir iddialar irəli sürməklə çox böyük səhvə yol verib”

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031